- Transfer
- 23:59 26.12.2025
"Betis" braziliyalı vinger Antoni ilə bağlı "Mançester Yunayted"lə danışıqlar aparır.
90deqiqe.Az xəbər verir ki, İspaniya klubu Antonini komandanın əsas oyunçularından biri kimi görür və onu heyətdə saxlamağı yay transfer planlarının prioriteti hesab edir.
Qeyd edək ki, "Betis" Antonini bu ilin yanvar ayında icarəyə götürüb.
Braziliyalı futbolçu bu müddətdə bütün turnirlər üzrə 24 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.Antoni "Mançester Yunayted"lə 2027-ci ilə qədər müqaviləyə malikdir. Transfermarkt onun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.