18 iyun 2025. Çərşənbə

PSJ "Roma"nın qapıçısı Marini heyətinə qatıb


  • Transfer
  • 16:12 24.05.2025
  • Oxunma sayı: 50
PSJ "Roma"nın qapıçısı Marini heyətinə qatıb

Fransanın PSJ klubu "Roma"nın  qapıçısı Renato Marinlə müqavilə imzalayıb. 

90deqiqe.Az "L’Équipe"yə istinadən xəbər verir ki, italyan qolkiper parislilərlə 5 illik müqavilə imzalayıb.

18 yaşlı oyunçu, iyulun 1-dən komandanın heyətində olacaq, çünki  paytaxt klubu onu hazırkı müqaviləsi başa çatana qədər buraxmaqdan imtina edib.

Yada salaq ki, rusiyalı qapıçı Matvey Safonov da hazırda Canluici Donnarummadan sonra komandanın ikinci nömrəsi olan PSJ-də çıxış edir. Fransa klubunun üçüncü qapıçı, 23 yaşlı ispaniyalı olimpiya futbolçusu Arnau Tenası əvəz etmək üçün Marini aldığı iddia edilir.

İtaliyanın gənclərdən ibarət milli komandasının üzvü bu mövsüm “Roma”nın heyətində bir dənə də olsun oyun keçirməyib. Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 500 min avrodur.







Transfer