27 dekabr 2025. Şənbə

"Liverpul" Virts üçün həm pul, həm də oyunçu təklif edir


  • Transfer
  • 16:16 24.05.2025
  • Oxunma sayı: 108
"Liverpul" Virts üçün həm pul, həm də oyunçu təklif edir

"Liverpul" Florian Virtsi transfer etmək üçün "Bayer"ə həm pul, həm də oyunçu təklif edir

90deqiqe.Az xəbər verir ki, "Liverpul" Leverkuzenin istedadlı yarımmüdafiəçisi Florian Virtsin transferi üçün ciddi addımlar atır. Mersisayd təmsilçisi 22 yaşlı futbolçunun keçidi üçün yalnız pul ödəməklə kifayətlənməyə, həm də heyətindəki oyunçulardan birini müqaviləyə daxil etməyə hazırdır.

"Bayer" isə alman oyunçunun satışında maraqlıdır və ingilislərlə mümkün qədər tez razılıq əldə etmək niyyətindədir. Bununla belə, Leverkuzen klubunun mövqeyi "Liverpul"un təqdim edəcəyi ilkin təklifdən çox asılı olacaq.

Qeyd edək ki, daha əvvəl mediada "Liverpul"un Florian Virtsin transferi üçün 150 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Almaniyalı futbolçu Avropanın bir sıra aparıcı klublarının da transfer hədəfləri arasındadır.

Bu mövsüm Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a