27 dekabr 2025. Şənbə

De Bruyne “Napoli”yə keçməyə çox yaxındır


  • Transfer
  • 16:45 24.05.2025
  • Oxunma sayı: 115
De Bruyne “Napoli”yə keçməyə çox yaxındır

"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını "Napoli"də davam etdirməyə yaxındır. 

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı oyunçunun "Napoli"yə keçidi demək olar ki, razılaşdırılıb və De Bruyne ailəsinin razılığını bu qərarda əsas amillərdən biri kimi qiymətləndirir. Futbolçunun həyat yoldaşının bir müddət əvvəl Neapolda olduğu və təklif olunan şərtlərlə tanış olduğu bildirilir. Ailəlikcə şərtlərdən məmnun olduqları qeyd edilir.

Bununla belə, transferin tam rəsmiləşməsi üçün həlledici söz "Napoli"nin prezidenti Aurelio De Laurentisə məxsusdur. O, bu keçidi təsdiqlədiyi halda, De Bruyne-nin İtaliya klubuna qoşulması reallaşacaq.

Bir müddət əvvəl İngiltərə klubundan ayrıldığını açıqlayan belçikalı futbolçu artıq yeni komanda seçimini praktiki olaraq tamamlayıb.

Qeyd edək ki, "Napoli" bu mövsüm klub tarixində dördüncü dəfə İtaliya çempionu olub.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a