27 dekabr 2025. Şənbə

"Mançester Yunayted" Onananı "Milan"ın qapıçısı ilə əvəz edəcək


  • Transfer
  • 19:15 24.05.2025
  • Oxunma sayı: 113
"Mançester Yunayted" Onananı "Milan"ın qapıçısı ilə əvəz edəcək

“Milan”ın qapıçısı Mayk Maynyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, “Mançester Yunayted” fransalı qolkiperin transferi ilə bağlı İtaliya klubuna rəsmi sorğu göndərib.

“Qırmızı şeytanlar” yay transfer pəncərəsində heyətdə dəyişiklik etməyə hazırdır. Daha əvvəl Andre Onana və Altay Bayındırın komandadan ayrılması ehtimalı gündəmdə olub.

29 yaşlı qolkiper cari mövsümü “Milan”da keçirib, 52 oyunda 14 dəfə qapısını toxunulmaz saxlayıb. Onun “Milan”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a