14 dekabr 2025. Bazar günü

Emiliano Martinez “Arsenal”a qayıda bilər


  • Transfer
  • 18:37 25.05.2025
  • Oxunma sayı: 185
Emiliano Martinez “Arsenal”a qayıda bilər

“Aston Villa”nın qapıçısı Emiliano Martinez karyerasını yenidən “Arsenal”da davam etdirə bilər.

90deqiqe.Az “The Sun” nəşrinə istinadən xəbər verir ki, London klubu argentinalı qolkiperlə yaxından maraqlanır. Bu keçid, xüsusilə də David Rayanın komandadan ayrılması halında mümkün ola bilər.

Hazırda Raya ilə iki Madrid təmsilçisi – “Real” və “Atletiko” maraqlanır. “Real Madrid” onu yaşlanmaqda olan Tibo Kurtuanın potensial varisi kimi görür. “Atletiko” isə əsas qapıçısı Yan Oblakın Səudiyyə Ərəbistanı çempionatına keçmək ehtimalını nəzərə alaraq alternativ axtarır.

Hazırda “Aston Villa”da çıxış edən Martinez bir vaxtlar “Arsenal”ın futbolçusu olub. O, az oyun vaxtı aldı və 2020-ci ildə klubu həmişəlik tərk edənə qədər daim icarəyə göndərildi.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı