14 iyul 2025. Bazar ertəsi

“Milan” Konseysao ilə yolları ayırmağa hazırlaşır - Alleqri favorit namizəddir


  • Transfer
  • 18:48 25.05.2025
  • Oxunma sayı: 66
“Milan” Konseysao ilə yolları ayırmağa hazırlaşır  - Alleqri favorit namizəddir

“Milan” rəhbərliyi Serxio Konseysaonun baş məşqçi kimi fəaliyyətini davam etdirməyəcək və onunla bir illik əlavə müddət üçün nəzərdə tutulmuş müqaviləni uzatmaq niyyətində deyil.

90deqiqe.Az xəbər verir ki, klub bu qərarı müqavilədəki ləğv bəndinə əsasən həyata keçirəcək.

Yeni baş məşqçi vəzifəsi üçün əsas namizəd komandanın keçmiş çalışdırıcısı Massimiliano Alleqridir. Klubun yeni idman direktoru İqli Tare artıq Alleqri ilə potensial əməkdaşlığın detalları barədə danışıqlara başlayıb.

Bununla belə, Alleqriyə daha konkret təklif “Napoli”dən gəlib. Antonio Kontenin klubu tərk etməsi halında, Neapol təmsilçisi Alleqrini illik 6 milyon avro məvaciblə baş məşqçi postuna gətirməyə hazırdır. Qeyd edək ki, “Yuventus” da Alleqrinin keçmiş komandasıdır və onun adı Turin klubu ilə də hallanır.







Transfer

Moyze Kin Ərəblərə "yox" dedi
  • Transfer
  • 00:23 14.07.2025
Moyze Kin Ərəblərə "yox" dedi
"Traktor"dan növbəti transfer
  • Transfer
  • 20:37 13.07.2025
"Traktor"dan növbəti transfer