- Transfer
- 23:59 26.12.2025
“İnter” Fransa “Marsel”inin yarımmüdafiəçisi Luis Enrikenin transferi üçün təklifini artırmağa hazırdır.
90deqiqe.Az “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə bağlı “Milan” artıq 27 milyon avro təklif edib. Lakin “Marsel” oyunçunun transferi üçün ən azı 30 milyon avro tələb edir.
“İnter”lə Luis Enrike arasında şəxsi şərtlər artıq razılaşdırılıb. Braziliyalı futbolçu ilə müqavilə 5 illik olacaq.
2024/25 mövsümündə Luis Enrike "Marsel"in heyətində 35 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun fransız klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Marselin yüksək tələblərinə baxmayaraq, Transfermarkt oyunçunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.