- Transfer
- 23:59 26.12.2025
İngiltərənin “Sauthempton” klubu Uill Stillin baş məşqçi təyin olunduğunu açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.
Bu qərar Premyer Liqada uğursuz mövsüm keçirən və turnir cədvəlində sonuncu pillədə qərarlaşaraq aşağı liqaya düşməsi rəsmiləşən “Sauthempton” üçün yeni dövrün başlanğıcı kimi dəyərləndirilir. Komanda 37 turdan sonra cəmi 12 xal toplayıb.
Qeyd edək ki, apreldə İvan Yuriç komandadan ayrıldıqdan sonra baş məşqçi postunu müvəqqəti olaraq Saymon Rusk icra edirdi. “Sauthempton” mövsümün son oyununda “Arsenal”ı qəbul edir və hazırda "topçular" 1:0 hesabı ilə öndədir.