27 dekabr 2025. Şənbə

“Bayer Leverkuzen”in yeni baş məşqçisi bilindi


  • Transfer
  • 15:34 26.05.2025
  • Oxunma sayı: 88
“Bayer Leverkuzen”in yeni baş məşqçisi bilindi

“Bayer Leverkuzen” klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az xəbər verir ki, Almaniya təmsilçisini nidelandlı mütəxəssis Erik ten Haq çalışdıracaq. Bu barədə klubu rəsmi saytı məlumat yayıb.

55 yaşlı baş məşqçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Ten Haq son olaraq İngiltərənin “Mançester Yunayted” klubunda çalışıb. O, 2022-ci ilin yayından 2024-cü ilin oktyabrına qədər “qırmızı şeytanlar”ın sükanı arxasında olub. Onun rəhbərliyi ilə mankunianlar İngiltərə Kuboku və Liqa Kubokunun qalibi olublar. Ten Haqın dövründə “Mançester Yunayted” bütün turnirlərdə ümumilikdə 128 oyuna çıxıb.

Qeyd edək ki, “Bayer”i daha öncə ispan çalışdırıcı Xabi Alonso çalışdırırdı. Gənc mütəxəssis 2023/2024 mövsümündə “aspirinlər”i tarixində ilk dəfə Bundesliqa çempionluğuna daşıyaraq klubun adını futbol tarixinə yazdırdı. Alonso hazırda “Real Madrid”in baş məşqçisidir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a