15 iyun 2025. Bazar günü

"Napoli" Conatan Davidlə danışıqlarda irəliləyiş əldə edib


  • Transfer
  • 21:12 26.05.2025
  • Oxunma sayı: 61
"Napoli" Conatan Davidlə danışıqlarda irəliləyiş əldə edib

"Napoli", "Lill"in hücumçusu Conatan Davidlə danışıqlarda konkret addım atıb.

90deqiqe.Az xəbər verir ki Neapol təmsilçisi forvarda 2029-cu ilə qədər müqavilə təklif edib. Müqavilədə əlavə bir illik uzadılma imkanı da var. Hücumçuya təklif edilən illik maaşın təxminən 6 milyon avro olacağı bildirilir.

David bu mövsüm "Lill"in heyətində 49 oyuna 25 qol və 12 assistlə fərqlənib. Onun klubla olan müqaviləsi başa çatmaq üzrədir və bu səbəbdən "Napoli" rəqabətdə üstün mövqe tutmağa çalışır.

Danışıqların son mərhələsində oyunçunun agenti müqaviləyə satınalma bəndinin əlavə edilməsində israr edir. Davidlə "Napoli"dən başqa "İnter" və "Yuventus" da maraqlanır.







Transfer