- Transfer
- 23:53 27.03.2026
"Lill"in qapıçısı Lukas Şevalyer karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavoleri məlumat yayıb.
İddialara görə, "Aston Villa" yay fasiləsində əsas qapıçı Emiliano Martinezlə yollarını ayırmağa hazırlaşır. Klubun idman direktoru artıq Şevalyerin nümayəndələri ilə ilkin görüş keçirib.
Hələlik "Lill"ə rəsmi təklif göndərilməyib, lakin fransalı qapıçının da komandadan ayrılmağa və yeni mühitdə oynamağa müsbət yanaşdığı bildirilir.
"Aston Villa" Premyer Liqa cədvəlini 6-cı pillədə başa vurub. Birmingem növbəti mövsüm UEFA Avropa Liqasında çıxış edəcək.