- Transfer
- 23:59 17.06.2025
Kevin De Bruynenin "Mançester Siti"dən "Napoli"yə keçməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
90deqiqe.Az xəbər verir ki, transferin bütün detalları artıq razılaşdırılıb. De Bruynenin vəkilləri belçikalının transferinin son aspektlərini həll edirlər.
Qeyd olunur ki, Kevin artıq Neapolda özünə ev tapıb və hazırda ailəsi mənzil almaq məsələsini həll edir. Kevinin uşaqlarının oxuyacağı məktəb də tapılıb.
Xatırladaq ki, "Napoli" A seriyasının sonunda Milanın "İnter" klubunu 1 xal qabaqlayaraq İtaliya çempionu olub. Kevin karyerasının on ilini keçirdiyi "Mançester Siti" ilə De Bruynenin müqaviləsi başa çatır.