14 iyun 2025. Şənbə

"Bavariya"nı "Lids"ə dəyişə bilər


  • Transfer
  • 23:58 26.05.2025
  • Oxunma sayı: 51
"Bavariya"nı "Lids"ə dəyişə bilər

İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids Yunayted" heyətini gücləndirmək üçün qapıçı axtarışındadır.

90deqiqe.Az “Bild”ə istinadən xəbər verir ki, klubun maraq dairəsində olan namizədlərdən biri "Bavariya"nın qapıçısı Daniel Peretsdir.

24 yaşlı qolkiperlə "Cenoa", PSV və bir neçə başqa klub da maraqlanır. "Bavariya" isə futbolçunu icarəyə göndərmək variantını nəzərdən keçirir, çünki israilli oyunçu hələ də əsas heyətdə şans qazanmaq ümidi ilə Münhendə qalmaq istəyir.

O, cari mövsümdə bütün turnirlərdə cəmi 6 oyuna çıxıb, 7 qol buraxıb və yalnız bir dəfə – ehtiyat heyət matçında – qapısını toxunulmaz saxlayıb.







Transfer