27 dekabr 2025. Şənbə

"Mançester Siti" əlcəzairli futbolçu ilə maraqlanır


  • Transfer
  • 23:59 26.05.2025
  • Oxunma sayı: 126
"Mançester Siti" əlcəzairli futbolçu ilə maraqlanır

"Mançester Siti" Rayan Ait-Nurinin transferi ilə bağlı "Vulverhempton"a rəsmi sorğu göndərib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

22 yaşlı müdafiəçi "Mançester Siti"nin sol cinah üçün transfer siyahısında əsas namizədlərdən biri hesab olunur.

Ait-Nurinin "Vulverhempton"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Əlcəzair millisində çıxış edən 23 yaşlı futbolçu bu mövsüm bütün mümkün turnirlərdə 41 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt Ait Nurinin dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a