27 dekabr 2025. Şənbə

"Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır


  • Transfer
  • 11:54 27.05.2025
  • Oxunma sayı: 116
"Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır

"Bayer Leverkuzen"in futbolçusu Conatan Tah "Bavariya"ya keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. Müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Bu həftə Tah tibbi müayinədən keçəcək və uğurlu nəticədən sonra rəsmi olaraq "Bavariya"nın futbolçusu olacaq.

Conatan 2015-ci ildən “Bayer”də çıxış edir, klubda 402 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə verib. Futbolçunun Leverkuzen komandası ilə müqaviləsi iyunun 30-da başa çatır ki, bu da ona "Bavariya"ya pulsuz keçmək imkanı verir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a