27 dekabr 2025. Şənbə

“Mançester Yunayted” Onana və Bayındırın yerinə iki qapıçı axtarır


  • Transfer
  • 22:12 27.05.2025
  • Oxunma sayı: 92
“Mançester Yunayted” Onana və Bayındırın yerinə iki qapıçı axtarır

“Mançester Yunayted” klubu qapıçı axtarışındadır.

90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, Premyer Liqa klubu "Antverpen"in 22 yaşlı qapıçısı Senne Lammens və “Lester”in 24 yaşlı qapıçısı Mads Hermansenin xidmətində maraqlıdır.

Bildirilir ki, “qırmızı şeytanlar”ın ehtiyat qapıçısı Altay Bayındır komandadan ayrıla bilər. Klub rəhbərliyi əsas qapıçı Onana ilə rəqabət apara biləcək yeni qapıçı transfer etməyi planlaşdırır.

Klub artıq sözügedən futbolçuların agentləri ilə ilkin əlaqə saxlayıb.

Kamerunlu qapıçının da yay transfer dönəmində ayrılmaq ehtimalı istisna olunmur. Onana ilə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı qeyd edilir.

 







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a