18 iyun 2025. Çərşənbə

Rayan Çerki “Mançester Siti”yə keçə bilər


  • Transfer
  • 22:27 27.05.2025
  • Oxunma sayı: 63
Rayan Çerki “Mançester Siti”yə keçə bilər

“Lion”un sağ cinah oyunçusu Rayan Çerki bu yay “Mançester Siti”yə transfer oluna bilər.

90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu yaxın günlərdə klubunu dəyişəcək. O, bir neçə gün əvvəl verdiyi açıqlamada komandasını tərk edəcəyini bildirmişdi.

Rayan Çerki ilə “Liverpul”, “Arsenal”, “Mançester Yunayted” və digər aparıcı klublar da maraqlanır.

Məlumata əsasən, fransalı futbolçunun müqaviləsində təxminən 30 milyon avro dəyərində sərbəst buraxılma bəndi yer alır.

Yenicə başa çatan mövsümdə Rayan Çerki bütün mümkün turnirlərdə 44 matçda meydana çıxıb, 12 qol vurub və 20 məhsuldar ötürmə edib.







Transfer