- Transfer
- 22:48 14.05.2026
“Milan”ın hücumçusu Rafael Leao yay transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az “TEAMtalk”a istinadən xəbər verir ki, 25 yaşlı vingerlə İngiltərənin “Çelsi” və “Mançester Yunayted” klubları ilə yanaşı, Almaniyanın nəhəng klubu “Bavariya” da maraqlanır.
Hər üç klub portuqaliyalı ilə bağlı ciddi planlar qurur və onun transferi üçün konkret addımlar atmağa hazırlaşır.
Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.
Leao bu mövsüm bütün turnirlərdə 50 matçda meydana çıxıb, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Futbolçunun "Milan"la müqaviləsi 2028-ci ilə qədərdir.Transfermarkt-ın məlumatına görə, cinah oyunçusu 75 milyon avro dəyərində qiymətləndirilir.