- Transfer
- 23:59 17.06.2025
“Ayaks”ın futbolçusu Cordan Henderson klubla yollarını ayıra bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Francesco Fariolinin rəhbərliyi altında əsas heyətdə yer alan Henderson, baş məşqçinin istefasından sonra komandadakı mövqeyini itirə bilər. Klub rəhbərliyi onun maaşını yüksək hesab etdiyindən ayrılıq ehtimalı daha da güclənib.
Mənbənin məlumatına görə, ingiltərəli yarımmüdafiəçiyə iki klub maraq göstərir. Əgər Stiven Cerrard “Reyncers”in sükanı arxasına keçərsə, 34 yaşlı futbolçu da ona qoşula bilər. Bundan başqa, Premyer Liqaya yeni yüksəlmiş “Sanderlend” də öz yetirməsini komandaya qaytarmaq niyyətindədir.