- Transfer
- 23:31 31.03.2026
Futbolçuların transfer dəyərini qiymətləndirmək üzrə ixtisaslaşan “Transfermarkt” statistik portalı Səudiyyə Ərəbistanı Pro Liqası üçün məlumatları yeniləyib.
90deqiqe.Az xəbər verir ki, yenilənmiş reytinqə əsasən, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 24-cü pillədə qərarlaşıb. “Real Madrid”in sabiq ulduzu hazırda 12 milyon avro dəyərində qiymətləndirilir.
Ronaldonun keçmiş komanda yoldaşı, hazırda “Əl-İttihad”da çıxış edən Kərim Benzema isə 37-ci yerə enib. Fransalı hücumçunun bazar dəyəri 7 milyon avrodur.
Səudiyyə Ərəbistanı Pro Liqasının bəzi tanınmış futbolçularının cari transfer dəyərləri:
Rocer İbanez (“Əl-Əhli”) – 17 milyon avro (-1 milyon)
Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”) – 17 milyon avro (-3 milyon)
Fabinyo (“Əl-İttihad”) – 15 milyon avro (-3 milyon)
Joao Kanselo (“Əl-Hilal”) – 15 milyon avro (-3 milyon)
Kriştiano Ronaldo (“Əl-Nassr”) – 12 milyon avro
Riyad Mahrez (“Əl-Əhli”) – 8 milyon avro (-1 milyon)
Sadio Mane (“Əl-Nassr”) – 8 milyon avro (-1 milyon)
Kərim Benzema (“Əl-İttihad”) – 7 milyon avro (-1 milyon)
N’Qolo Kante (“Əl-İttihad”) – 5 milyon avro (-2 milyon)
Naço Fernandez (“Əl Qadisiya”) – 2 milyon avro (-0,5 milyon)