1 aprel 2026. Çərşənbə

“Mançester Siti” Ardon Yaşarinin transferində maraqlıdır


  • Transfer
  • 22:48 27.05.2025
  • Oxunma sayı: 110
“Mançester Siti” Ardon Yaşarinin transferində maraqlıdır

“Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını “Mançester Siti”də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, “şəhərlilər” yay transfer pəncərəsi üçün hədəf siyahısına isveçrəli futbolçunu da daxil ediblər. İngiltərə nəhəngi 22 yaşlı futbolçunun agenti ilə ilkin əlaqə də artıq saxlayıb.

Qeyd edək ki, Yaşari cari mövsümün sonunda Belçika çempionatının ən yaxşı futbolçusu seçilib. Onun transferinin “Mançester Siti”yə 35 milyon avroya başa gələcəyi ehtimal olunur.

Cari mövsümdə Cashari bütün turnirlərdə 52 oyun keçirib, dörd qol vurub və altı məhsuldar ötürmə edib.

Futbolçunun "Brügge" ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.







Transfer