14 dekabr 2025. Bazar günü

Ukrayna nəhəngi Arda Turana tapşırıldı


  • Transfer
  • 22:53 27.05.2025
  • Oxunma sayı: 154
Ukrayna nəhəngi Arda Turana tapşırıldı

Ukraynanın “Şaxtyor Donetsk” klubu Arda Turanın baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Donetsk təmsilçisi gənc çalışdırıcı ilə 2 illik müqavilə imzalayıb. 

Türkiyəli mütəxəssis klubla ilk açıqlamasında bunları deyib:

“‘Şaxtyor’a qoşulmaqdan qürur duyuram. Bu, zəngin tarixə və dərin ənənələrə malik böyük klubdur. Bütün Avropada tanınan və hər matçda qalib gəlmək məqsədi ilə oynayan komandadır. Ümid edirəm ki, klubun irsinə töhfə verəcəyəm və oynadığımız futbolla azarkeşlərimizə çoxlu xoşbəxt anlar yaşadacağıq. Həm Ukraynada, həm də avrokuboklarda kuboklar qazanmaq üçün çox motivasiyalıyıq.”







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində