- Transfer
- 23:31 31.03.2026
“Çelsi”nin hücumçusu Kristofer Nkunku Premyer Liqada klubunu dəyişə bilər.
90deqiqe.Az “Todofichajes”ə istinadən xəbər verir ki, 27 yaşlı forvardın xidmətində “Tottenhem” maraqlıdır. London təmsilçisi hücum xəttini gücləndirmək üçün fransalını potensial transfer hədəfi kimi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə əlaqədə saxlanılıb.
"Transfermarkt" məlumatına əsasən, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir. Nkunku “Çelsi” ilə 2029-cu ilin iyun ayına qədər müqaviləyə sahibdir.
Son İngiltərə Premyer Liqasında hücumçu 27 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib.