15 iyun 2025. Bazar günü

“Çelsi”nin transfer siyahısında dörd hücumçu


  • Transfer
  • 23:49 27.05.2025
  • Oxunma sayı: 61
“Çelsi”nin transfer siyahısında dörd hücumçu

“Çelsi” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, London klubu bir neçə hücumçunu transfer siyahısına daxil edib. “Pensiyaçılar” Viktor Qyokeres, Benjamin Şeşko, Liam Delap və Hüqo Ekitie kimi oyunçuların namizədliyini nəzərdən keçirir. "Mavilər" artıq futbolçuların agentləri ilə də əlaqə saxlayıb.

Qeyd olunur ki, “İpsviç” klubuna məxsus Liam Delap “Çelsi” üçün prioritet transfer hədəfi hesab olunur.

“Çelsi” ötən mövsüm İngiltərə Premyer Liqasını dördüncü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.







Transfer