“Beşiktaş” klubu portuqaliyalı futbolçusu Rikardo Kuaresma ilə yolları ayırmağa qərar verib.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Klub rəhbərliyi 36 yaşlı futbolçu ilə görüş keçirib. Görüş zamanı futbolçuya özünə yeni klub tapması bildirilib. Portuqaliyalı futbolçu transfer pəncərəsi bağlanana qədər özünə yeni klub tapmasa “Beşiktaş”da əsas heyətdən kənarlaşdırılacaq. Təcrübəli futbolçu sadəcə fərdi məşqlərlə kifayətlənəcək.
Qeyd edək ki, “Beşiktaş”la futbolçu arasında daha bir illik müqavilə var. İstanbul klubu bu müddət ərzində futbolçuya 1 milyon 750 min avro və hər qazanılan xala görə 4 min avro məvacib ödəməlidi. Kuaresma yeni klubunda daha az qazanc əldə etməli olarsa, “Qara qartal” ortadakı fərqi aradan qaldıracağını açıqlayıb.