- Transfer
- 23:31 31.03.2026
"Real Madrid"in hücumçusu Rodriqo Premyer Liqaya keçə bilər.
90deqiqe.Az “Teamtalk”a istinadən xəbər verir ki, "Nyukasl" braziliyalı futbolçunun transferində maraqlıdır və təxminən 80 milyon avro ödəməyə hazırdır.
"Sağsağanlar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
23 yaşlı oyunçunun transfer dəyəri 100 milyon avro civarında qiymətləndirilir. Onun "Real"la müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.
Ötən mövsüm Rodriqo La Liqada 30 oyuna çıxıb, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.