20 iyun 2025. Cümə

“Fənərbağça” ÇSKA-nın 19 yaşlı yarımmüdafiəçisini istəyir


  • Transfer
  • 14:56 28.05.2025
  • Oxunma sayı: 46
“Fənərbağça” ÇSKA-nın 19 yaşlı yarımmüdafiəçisini istəyir

ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyak “Spartak” və “Fənərbağça”nın maraq dairəsindədir.

90deqiqe.Az xəbər verir ki, Moskva derbisindən sonra “Spartak”ın idman direktoru futbolçunun agenti ilə əlaqə saxlayıb. Lakin yayda transferin mümkün olmadığı bildirilib. Hazırda ÇSKA Kislyakla yeni müqavilə ilə bağlı danışıqlar aparır və futbolçunun özü də klubda qalmaq istəyir.

19 yaşlı yarımmüdafiəçi ilə “Fənərbağça”nın da maraqlandığı qeyd olunur. Kislyak Avropada oynamağa hazır olsa da, ÇSKA onun transfer dəyərini 15-20 milyon avro civarında qiymətləndirir. Bu isə mümkün keçidi çətinləşdirə bilər.

Bu mövsüm Kislyak bütün turnirlərdə 32 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib.







Transfer