18 iyun 2025. Çərşənbə

“Barselona” Joan Qarsiya ilə 5 illik razılığa gəldi


  • Transfer
  • 15:37 28.05.2025
  • Oxunma sayı: 56
“Barselona” Joan Qarsiya ilə 5 illik razılığa gəldi

“Barselona” “Espanyol”un qapıçısı Joan Qarsiya ilə razılığa gəlib.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən yaydığı məlumata görə, tərəflər 5 illik müqavilə üzərində anlaşma əldə edib. Müqavilədə İspaniya millisindəki çıxışlarla bağlı əlavə bonuslar da yer alıb. Hazırda sənəd futbolçunun yekun təsdiqini gözləyir.

Qarsiyaya “Arsenal”, “Nyukasl”, “Aston Villa”, “Napoli”, “İnter” və “Bayer” kimi klublardan da təkliflər gəlib. 24 yaşlı qolkiper son qərarını gələn həftəsonu agentləri ilə keçiriləcək görüşdən sonra verəcək.

“Barselona”nın oyunçunun transferi üçün “Espanyol”a təxminən 25 milyon avro ödəməyə hazır olduğu bildirilir. Qarsiya bu mövsüm 38 oyunda iştirak edib, 51 qol buraxıb və 8 oyunu qapısını toxunulmaz saxlayıb. O, La Liqada 146 seyv ilə bu göstəricidə liderdir.







Transfer