14 dekabr 2025. Bazar günü

Cordan Henderson “Sanderlend”ə qayıda bilər


  • Transfer
  • 18:13 28.05.2025
  • Oxunma sayı: 111
Cordan Henderson “Sanderlend”ə qayıda bilər

Yarımmüdafiəçi Cordan Henderson bu yay İngiltərəyə qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, iyunda 35 yaşı tamam olacaq Henderson “Sanderlend”ə qayıtmağa hazırdır.

Bildirilir ki, klub növbəti mövsüm üçün Premyer Liqaya vəsiqə qazandıqdan sonra futbolçunun geri dönmə ehtimalını nəzərdən keçirir.

Henderson “Sanderlend”in yetirməsidir. Yarımmüdafiəçi 2011-ci ilin yayında "Liverpul"a keçməzdən əvvəl "Qara pişiklər"in əsas komandasında 79 rəsmi oyun keçirib.

Son bir il yarım ərzində Cordan Henderson "Ayaks"ın şərəfini qoruyub







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində