- Transfer
- 00:41 14.07.2025
“Liverpul” “Bornmut”un sol cinah müdafiəçisi Miloş Kerkezi transfer etməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, Mersisayd klubu yaxın vaxtlarda “albalılar”la müqavilənin şərtlərini razılaşdırmalıdır. İngiltərə çempionu artıq 21 yaşlı Kerkezlə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.
Miloş Kerkez "Bornmut"da iki mövsüm keçirib. Macarıstanlı futbolçu bu müddət ərzində 74 rəsmi oyun keçirib, bu oyunda komanda yoldaşlarına iki qol vurub və 8 məhsuldar ötürmə edib.