27 dekabr 2025. Şənbə

Reşford “Barselona”nın hədəfində - Deko agenti ilə görüşüb


  • Transfer
  • 23:51 28.05.2025
  • Oxunma sayı: 125
Reşford “Barselona”nın hədəfində  - Deko agenti ilə görüşüb

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus hücumçu Markus Reşfordun gələcəyi ilə bağlı müzakirələr davam edir.

90deqiqe.Az-ın "Give Me Sport"a istinadən yaydığı məlumata görə, “Barselona”nın idman direktoru Deko bu həftə 27 yaşlı hücumçunun agenti ilə görüş keçirib. Kataloniya klubu Reşfordu transfer etməkdə maraqlıdır və hücum xəttini gücləndirmək üçün onu mümkün variant kimi dəyərləndirir.

Eyni zamanda, “Mançester Yunayted” rəhbərliyi baş məşqçi Ruben Amorimlə futbolçunun vəziyyətini müzakirə etməyi planlaşdırır. Klub rəhbərliyi Amorimi Reşfordla münasibətləri düzəltməyə və onu əsas heyətə qaytarmağa inandırmaq niyyətindədir.

Qeyd edək ki, Reşford mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirmişdi.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a