27 dekabr 2025. Şənbə

“Çelsi” Sançonun transferindən geri çəkilir


  • Transfer
  • 22:05 29.05.2025
  • Oxunma sayı: 99
“Çelsi” Sançonun transferindən geri çəkilir

“Çelsi” cinah yarımmüdafiəçisi Ceydon Sançonun transferi ilə bağlı yekun qərar verməyə yaxındır.

90deqiqe.Az-ın "Transfer News Live"a istinadən yaydığı məlumata görə, London klubu “Mançester Yunayted”dən Sançonu almaqdan imtina etməyə hazırlaşır.

Mənbənin bildirdiyinə görə, “Çelsi” 25 yaşlı futbolçunun müqaviləsindəki məcburi satınalma opsiyasını aktiv etmədiyi üçün 5 milyon funt-sterlinq (təxminən 6 milyon avro) cərimə ödəməli olacaq.

Qeyd edək ki, daha əvvəl Sançonun Konfrans Liqasının finalından sonra “Mançester Yunayted”ə qayıtmaq niyyətində olmadığı ilə bağlı xəbərlər yayılmışdı.

Transfermarkt portalı hazırda Ceydon Sançonun bazar dəyərini 30 milyon avro olaraq göstərir. Onun gələcək karyerasının hansı klubda davam edəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

 

 







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a