- Transfer
- 05:56 15.06.2025
“Latsio”nun yarımmüdafiəçisi Matteo Quendouzi İngiltərə Premyer Liqasına qayıda bilər.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, 26 yaşlı futbolçu “Nyukasl”ın maraq dairəsindədir və klub onun üçün 40 milyon avro ödəməyə hazırdır. "Sağsağanlar" artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Fransız oyunçu əvvəllər İngiltərədə “Arsenal”da çıxış edib. Onun “Latsio” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Qeyd edək ki, “Nyukasl” Premyer Liqada mövsümü 5-ci pillədə başa vuraraq, növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.
Bu mövsüm Quendouzi “Latsio” heyətində 48 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.