- Transfer
- 23:11 19.06.2025
“River Pleyt”in gənc istedadı Franko Mastantuono Avropanın aparıcı klublarının maraq dairəsində qalmaqda davam edir.
90deqiqe.Az-ın məlumatına görə,16 yaşlı yarımmüdafiəçiyə Fransanın PSJ klubu ciddi maraq göstərir. Paris təmsilçisi artıq futbolçunun nümayəndələri ilə ilkin görüşlər keçirib.
Məlumata görə, PSJ iki variantı dəyərləndirir: ya Mastantuononun müqaviləsindəki satınalma bəndini aktivləşdirmək, ya da “River Pleyt”lə birbaşa transfer məbləği üzərində danışıqlara başlamaq.
Qeyd edək ki, daha əvvəl Mastantuononun 2026-cı ildə “Real Madrid”ə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.