14 dekabr 2025. Bazar günü

"Roma"nın ulduzu "Arsenal"a keçməyəcək


  • Transfer
  • 23:07 29.05.2025
  • Oxunma sayı: 103
"Roma"nın ulduzu "Arsenal"a keçməyəcək

“Roma”nın mərkəz müdafiəçisi Evan N'Dikanın yay transfer dönəmində “Arsenal”a keçməsi ehtimalı aşağıdır.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi A Seriyasının 2023/24 mövsümündə “Roma” üçün əsas oyunçulardan biri olub və bütün liqa qarşılaşmalarında əvəzetməsiz iştirak edib.

Fil dişi futbolçu özü də gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Mən şayiələrdən xəbərsiz olduğumu iddia edə bilmərəm, amma 'Roma'ya hörmət edirəm, 'Roma' da mənə hörmət edir. Müqaviləmin bitməsinə hələ 3 il var. Görək bundan sonra nə olacaq.”

Klub rəhbərliyi isə “Arsenal”, “Nyukasl”, PSJ və digər klubların marağına baxmayaraq, N'Dikanı satmaq niyyətində deyil.

Qeyd edək ki, Transfermarkt platforması müdafiəçini 25 milyon avro dəyərində qiymətləndirir. Onun gələcək taleyi yay transfer pəncərəsində aydınlaşacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı