27 dekabr 2025. Şənbə

Rodriqonun gələcəyi Alonso ilə görüşdən sonra bəlli olacaq


  • Transfer
  • 23:22 29.05.2025
  • Oxunma sayı: 102
Rodriqonun gələcəyi Alonso ilə görüşdən sonra bəlli olacaq

“Real Madrid”in hücumçusu Rodriqonun gələcəyi yay transfer dönəmi ərəfəsində sual altındadır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, 24 yaşlı ulduz komandanın baş məşqçi postuna təyin olunacağı gözlənilən Xabi Alonso ilə görüşdən sonra qərar verəcək.

Braziliyalının potensial gedişi fonunda İngiltərənin iki nəhəng klubu – “Arsenal” və “Çelsi” – onun durumunu yaxından izləyir. Xüsusilə “Çelsi” növbəti mövsüm üçün heyətini gücləndirmək məqsədilə fəal transfer siyasəti yürütmək niyyətindədir və Rodriqonun səviyyəsini, texnikasını və inkişaf potensialını yüksək qiymətləndirir.

Lakin braziliyalı futbolçunun transferi asan olmayacaq – “Real Madrid” onun üçün təxminən 100 milyon avro tələb edə bilər.

Qeyd edək ki, Rodriqo bu mövsüm “Real”ın heyətində mühüm rol oynayıb və gələcəkdə onun Madrid klubundakı taleyinin necə formalaşacağı böyük maraq doğurur.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a