27 dekabr 2025. Şənbə

Ansu Fati “Monako”ya keçməyə yaxındır


  • Transfer
  • 23:35 29.05.2025
  • Oxunma sayı: 90
Ansu Fati “Monako”ya keçməyə yaxındır

“Barselona”nın gənc vingeri Ansu Fati karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu yaxın günlərdə icarə əsasında “Monako”ya keçəcək.

Tərəflər artıq müqavilənin əsas şərtləri üzərində razılığa gəliblər. Hazırda “Barselona” və “Monako” klubları icarə müqaviləsinin detalları və müddəti başa çatdıqdan sonra mümkün satınalma hüququ ilə bağlı son detalları müzakirə edirlər.

Bu mövsüm Fati üçün uğurlu olmayıb. O, bütün turnirlərdə cəmi 11 oyuna çıxıb və fərqlənə bilməyib.

Qeyd edək ki, Transfermarkt platforması futbolçunun cari bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir. Fatiyə yeni mühitdə karyerasını bərpa etmək şansı verilməsi futbol ictimaiyyəti tərəfindən diqqətlə izlənilir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a