15 iyun 2025. Bazar günü

Rayan Çerki “Mançester Siti”nin hədəfində


  • Transfer
  • 23:37 29.05.2025
  • Oxunma sayı: 56
Rayan Çerki “Mançester Siti”nin hədəfində

“Lion”un yarımmüdafiəçisi Rayan Çerki karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Mançester Siti” 21 yaşlı futbolçunun transferi ilə bağlı Fransa klubu ilə ilkin danışıqlara başlayıb.

Çerkinin “Lion”la hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Onun bazar dəyəri Transfermarkt tərəfindən təxminən 35 milyon avro olaraq qiymətləndirilir.

İngiltərənin son illərin dominant klubunun Çerkiyə marağı təsadüfi deyil – yarımmüdafiəçi həm texniki bacarıqları, həm də yaradıcı oyunu ilə seçilir. Transferin baş tutacağı təqdirdə, Çerki “Mançester Siti”nin gələcək planlarında əsas fiqurlardan birinə çevrilə bilər.

Fransa çempionatının ötən mövsümündə Çerki "Lion"un 30 matçında iştirak edib. Yarımmüdafiəçi 8 qol vurub və 11 məhsuldar ötürmə edib.







Transfer