27 dekabr 2025. Şənbə

Kodi Qakpo “Liverpul”dan ayrıla bilər


  • Transfer
  • 23:46 29.05.2025
  • Oxunma sayı: 110
Kodi Qakpo “Liverpul”dan ayrıla bilər

“Liverpul”un hücumçusu Kodi Qakpo yay transfer dönəmində komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçuya “Bavariya” ilə yanaşı, adı açıqlanmayan iki digər klub da maraq göstərir.

 “Liverpul” niderlandlı üçün uyğun təklif alacağı təqdirdə onunla yolları ayırmağa hazırdır. Artıq bir neçə klub futbolçunun transferi ilə bağlı ilkin sorğular göndərib, lakin konkret razılıq əldə olunmayıb.

Qakpo 2023/24 mövsümündə “Liverpul”un heyətində bütün turnirlər üzrə 49 oyuna çıxaraq 18 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Qakponun gələcəyi yaxın günlərdə daha da aydınlaşacaq. İngiltərə klubunun hücum xəttində dəyişikliklər etməyə hazırlaşdığı bildirilir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a