27 dekabr 2025. Şənbə

“Liverpul” 25 milyonluq müdafiəçiyə göz dikib


  • Transfer
  • 23:49 29.05.2025
  • Oxunma sayı: 110
“Liverpul” 25 milyonluq müdafiəçiyə göz dikib

“Atletiko Madrid”in müdafiəçisi Nahuel Molina yay transfer pəncərəsində İspaniyanı tərk edə bilər.

90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən yaydığı məlumata görə, 27 yaşlı futbolçunun xidmətində İngiltərənin “Liverpul” klubu maraqlıdır.

Mersisayd klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Argentinalı ilə “Atletiko” arasında mövcud müqavilə 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Müdafiəçinin transfer dəyəri isə təxminən 25 milyon avro olaraq qiymətləndirilir.

2023/2024 mövsümündə Nahuel Molina Madrid təmsilçisinin heyətində 44 matçda iştirak edib, bu görüşlərdə 1 qol3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Liverpul” bu mövsüm Premyer Liqada uğurlu çıxış edərək çempionluğa nail olub. 







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a