14 iyun 2025. Şənbə

17 ildən sonra futbol karyerasına başladığı kluba qayıtdı - VİDEO


  • Transfer
  • 00:14 30.05.2025
  • Oxunma sayı: 104
17 ildən sonra futbol karyerasına başladığı kluba qayıtdı - VİDEO

37 yaşlı Anxel Di Maria futbolçu karyerasına başladığı kluba – “Rosario Central”a qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, cinah yarımmüdafiəçisi “Benfika” ilə müqaviləsinin başa çatmasının ardından vətəninə dönərək Argentina təmsilçisi ilə sözləşmə imzalayıb.

Di Maria peşəkar karyerasına məhz “Rosario Central”ın gənclər sistemində başlayıb və 2006–2007-ci illərdə əsas komandaya yüksəlib. Ardınca onun Avropa macərası başlayıb və ilk dayanacaq kimi məhz “Benfika”ya transfer olunub.

Təcrübəli futbolçu “Real Madrid”, “Mançester Yunayted”, PSJ və “Yuventus” kimi klubların formasını geyinib, həm klub səviyyəsində, həm də Argentina millisində bir çox titullara imza atıb. Di Maria üçün bu transfer həm futbol, həm də emosional baxımdan karyerasının simvolik dönüş nöqtəsi sayılır.







Transfer