- Transfer
- 05:56 15.06.2025
“Real Madrid” İngiltərənin “Liverpul” klubunun və milli komandanın müdafiəçisi Trent Alexander-Arnoldun transferini rəsmən açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı futbolçu ilə 2031-ci ilin iyunun sonuna qədər müddəti olan uzunmüddətli müqavilə imzalayıb.
Trent Alexander-Arnold 2016-cı ildən “Liverpul”un əsas komandasında çıxış edirdi. O, mersisayd klubunun heyətində iki dəfə Premyer Liqa çempionu olub, həmçinin İngiltərənin bütün əsas kuboklarını – FA Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Superkubokunu qazanıb. Müdafiəçi həmçinin UEFA Çempionlar Liqası və FIFA Klublararası Dünya Kuboku titullarına da sahib çıxıb.
“Real Madrid” isə 2024/2025 mövsümünü La Liqada ikinci pillədə başa vurub. “Los Blancos” turnir cədvəlində əzəli rəqibi “Barselona”dan 4 xal geri qalaraq çempionluq şansını əldən verib. Komanda Çempionlar Liqasında isə 1/4 final mərhələsində “Arsenal”a məğlub olaraq mübarizəni dayandırıb.