27 dekabr 2025. Şənbə

“Valensiya”nı Bundesliqa klubuna dəyişir


  • Transfer
  • 16:35 30.05.2025
  • Oxunma sayı: 97
“Valensiya”nı Bundesliqa klubuna dəyişir

“Valensiya”nın müdafiəçisi Kristian Moskera karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, gənc futbolçu ilə “Leypsiq” arasında şifahi razılıq əldə olunub. Hazırda Almaniya klubu ilə “yarasalar” arasında transferin son detallarının müzakirəsi aparılır.

20 yaşlı futbolçu “Valensiya”nın əsas müdafiəçilərindən biri kimi çıxış edir və Bundesliqada özünü daha da sübut etməyə hazırdır. Alman klubunun bu gənc müdafiəçiyə böyük ümidlər bəslədiyi qeyd olunur.

Almaniya futbolunun yüksələn komandalarından olan “Leypsiq”in heyətinə qoşulmaq Moskera üçün həm də böyük təcrübə qazanmaq, karyerasını daha da inkişaf etdirmək baxımından önəmlidir.

Ötən mövsüm Kristian İspaniya çempionatında 37 oyun keçirib, 1 qol vurub və 6 sarı vərəqə alıb. Müdafiəçinin "Valensiya" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır və onun dəyəri 30 milyon avro qiymətləndirilir.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a