- Transfer
- 23:59 26.12.2025
"Milan"ın yarımmüdafiəçisi Tijani Reynders karyerasını "Mançester Siti"də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, klublar 26 yaşlı futbolçunun transferi ilə bağlı bonus ödənişləri də daxil olmaqla 70 milyon avroya razılaşıb.
Müqaviləyə bonus ödənişləri də daxil edilib, lakin tərəflər bəzi bürokratik məsələlər üzrə hələ də razılığa gəlməlidirlər.
Bu mövsüm niderlandlı bütün turnirlər nəzərə alınmaqla 54 matçda iştirak edib, 15 dəfə fərqlənib və beş məhsuldar ötürmə müəllifi olub. Klublararası dünya çempionatı iyunun 15-də başlayacaq və burada "Mançester Siti" "Əl-Ayn", "Vydad" və "Yuventus"la eyni qrupda mübarizə aparacaq.