- Transfer
- 23:11 19.06.2025
"Liverpul" və "Bayer" arasında Florian Virts transferi üzrə danışıqlar davam edir
90deqiqe.Az xəbər verir ki, sözügedən komandalar arasında alman futbolçunun transferi ilə bağlı danışıqlar hələ də davam edir. Trəflər artıq razılaşmaya çox yaxınlaşıblar.
Keçən həftə, Virts "Bayer" klubuna, "Liverpul" ilə müqavilə bağlamaq üçün öz planını təqdim edib. Alman futbolçunun İngiltərə Premyer Liqasına transferi barədə son qərar yaxın günlərdə verilə bilər.
Bu mövsüm 22 yaşlı futbolçu bütün yarışlarda 45 matçda meydana çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, alman yarımmüdafiəçinin qiyməti 140 milyon avrodur.