14 dekabr 2025. Bazar günü

Ceremi Frimponq rəsmən "Liverpul"da


  • Transfer
  • 21:50 30.05.2025
  • Oxunma sayı: 126
Ceremi Frimponq rəsmən "Liverpul"da

 “Bayer Leverkuzen”də çıxış edən müdafiəçi Ceremi Frimponqun “Liverpul”a keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi niderlandlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb.

Mətbuatda yayılan məlumata görə, “Liverpul” 24 yaşlı futbolçunun transferi üçün “Bayer”ə 40 milyon avro ödəyib. Müdafiəçi ilə bağlanan müqavilənin 2030-cu ilə qədər qüvvədə olacağı qeyd olunub.

Xatırladaq ki, Ceremi Frimponq 2021-ci ilin yanvar ayından Almaniya təmsilçisinin şərəfini qoruyurdu. Bu müddət ərzində o, “Bayer”in heyətində bütün turnirlərdə 190 oyuna çıxıb, 30 qol vurub və 44 məhsuldar ötürmə ilə yadda qalıb. Frimponq Leverkuzen klubunun heyətində Bundesliqa çempionluğu, Almaniya Kuboku və Superkubokun qalibi olub.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı