18 iyun 2025. Çərşənbə

“Yuventus” yayda baş məşqçisini dəyişə bilər - Qasperini əsas namizəddir


  • Transfer
  • 22:18 30.05.2025
  • Oxunma sayı: 58
“Yuventus” yayda baş məşqçisini dəyişə bilər   - Qasperini əsas namizəddir

Mart ayında komandanın sükanı arxasına keçən İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə,Turin təmsilçisi mövsümü Çempionlar Liqası zonasında başa vursa da, yay transfer dövründə baş məşqçi postunda dəyişiklik ehtimalı gündəmdə qalır.

"Yuventus” uzun müddətdir “Atalanta”ya rəhbərlik edən və yayda klubdan ayrılması gözlənilən Can Piero Qasperini ilə maraqlanır. Turin klubu üçün onun namizədliyinə ciddi şəkildə üstünlük verilir.

Bundan əvvəl 66 yaşlı mütəxəssisin “Roma”nın sükanı arxasına keçə biləcəyi barədə xəbərlər yayılmış, hətta onun paytaxt təmsilçisinin rəhbərliyi ilə görüş keçirdiyi də bildirilmişdi.

Qeyd edək ki, Can Piero Qasperini vaxtilə “Yuventus” klubunun gənclər komandasında 9 il çalışıb və klubla əvvəlki əlaqələri bu ehtimalı daha da gücləndirir. “Qoca sinyora”nın Klublararası Dünya Çempionatındakı çıxışından sonra Tudorun taleyinə aydınlıq gətiriləcəyi gözlənilir.







Transfer