15 iyun 2025. Bazar günü

“Liverpul” Edersonun transferində maraqlıdır


  • Transfer
  • 23:37 30.05.2025
  • Oxunma sayı: 59
“Liverpul” Edersonun transferində maraqlıdır

“Liverpul” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün işlərini davam etdirir. İngiltərə təmsilçisi növbəti hədəfini İtaliyada müəyyənləşdirib.

90deqiqe.Az-ın "Tutto Atalanta"ya istinadən yaydığı məlumata görə, Mersisayd klubu “Atalanta”nın braziliyalı yarımmüdafiəçisi Edersonun xidmətində maraqlıdır.

25 yaşlı futbolçu son aylarda davamlı olaraq Avropanın aparıcı klubları ilə əlaqələndirilir. Onun performansı xüsusilə son mövsümdə diqqət çəkib və bu da Edersona olan marağı daha da artırıb.

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri braziliyalını 50 milyon avro qiymətləndirirlər. 2024/2025 mövsümündə Ederson 49 matça çıxıb, 5 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb

. Daha əvvəl "Liverpul" müdafiənin sağ cinahı üçün Ceremi Frimponqla müqavilə imzaladığını açıqlamışdı.







Transfer