15 iyun 2025. Bazar günü

"Mançester Yunayted" Fernandeşə əvəzləyici tapdı


  • Transfer
  • 20:05 31.05.2025
  • Oxunma sayı: 52
"Mançester Yunayted" Fernandeşə əvəzləyici tapdı

"Sportinq"in yarımmüdafiəçisi Pedro Qonçalves "Mançester Yunayted"in futbolçusu ola bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “A Bola” məlumat yayıb.

Mənbənin öyrəndiyi kimi, “qırmızı şeytanlar” 26 yaşlı yarımmüdafiəçini Bruno Fernandeşin əvəzləyicisi kimi nəzərdən keçirir. "Əl-Hilal" klubu 30 yaşlı futbolçunu transfer etmək üçün hazırda Mançester klubu ilə danışıqlar aparır.

"Sportinq" də öz növbəsində 80 milyon avro qarşılığında Qonçalveslə ayrılmağa hazırdır. 

2024/2025 mövsümündə portuqaliyalı yarımmüdafiəçi 20 oyun keçirib, altı qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer